COP29

“Səbail“i kim(lər) oynadır?

1 Oktyabr 2023 11:05 Səbail 1 036
“Səbail“i kim(lər) oynadır?

“Uşaqların əziyyətinə heyfim gəlir” - Şahin Diniyev belə deyib.

«Səbail»in baş məşqçisini etdiyi bu etirafdan ötrü qutlamaq istəyirəm.

Həqiqətən böyük sözdür. Diniyev olanda nə olar, yüz yalan bir doğrunu kəsə bilməz.

Şahin bəy bu kəlməni işlətməklə futbolçularının çəkdiyi zəhmətə layiqli qiymət verdi. «Olmazsa olmaz» bir yanaşmadır bu.

Nədən, qoy, onu da izah edim. Şahin Diniyev də, elə bizim özümüz də görürük ki, «Səbail» komanda oyunu oynamır.

O, 20 ildən çoxdur məşqçilik həyatına atılıb, hələ Premyer Liqada ardıcıl 4 qələbəni qazanmamışdı.

Diniyevə qalsaydı, ən yeni tarix yenə yazılmayacaqdı. Seriyanın müəllifi futbolçuların özləridir, onların fərdi bacarığıdır.

«Səbail»in əsas yükü bir neçə nəfərin üzərindədir, digərləri onların «yedəyində gedir».

Diniyev paltardəyişmə otağında bir taktika verir, amma komanda meydanda tam əksini edir, onun dediklərinə tabe olmur, yerinə yetirmir. Bunlar bizə gəlib çatıb.

Məsələn, «Neftçi» ilə ikinci tur matçında 1 xalı belə qazanıblar. O tarixdən üzü bu yana «Səbail»də bir qrup aparıcı futbolçu ön plana çıxıb, yoldaşları da onların sözüylə oturub-durur.

Diniyev hər şeydən xəbərdardır. Bu nizamı pozmur - nəticələr onun ürəyincə olduğu üçün. Odur ki, futbolçularla şəxsi münasibətlərini qorumağa, elə bu cür saxlamağa çalışır, «pişim-pişim» siyasəti yürüdür.

Bu, hələlik onda alınır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti