“Səbail” 900 manat xərcə düşdü - Bu hərəkətə görə

03:20 I Divizion 91
“Səbail” 900 manat xərcə düşdü - Bu hərəkətə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, burada I Liqanın 3-cü turu ilə aşağıdakı qərarlar qəbul edilib:

“Karvan-Yevlax”– “Zaqatala” oyununun 6-cı dəqiqəsində “Zaqatala” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyunluq cəza alıb, “Zaqatala” komandası 1000 manat cərimə edilib.

“Mingəçevir”– “Gəncəbasar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.

“Baku Sportinq”– “Səbail” oyununun 21-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilib.

“Xankəndi”– MOİK oyununda “Xankəndi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM