Millinin seleksiya oyunları keçiriləcək - 37 futbolçu iştirak edəcək

26 Sentyabr 02:50 Milli komanda 571
Millinin seleksiya oyunları keçiriləcək - 37 futbolçu iştirak edəcək

Azərbaycanın U-15 milli komandasına (2012-ci il təvəllüdlü futbolçular) namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və 3 seleksiya qarşılaşması baş tutacaq.

U-15 millisinin növbəti təlim-məşq toplanışı 27 sentyabr – 1 oktyabr tarixlərinə planlaşdırılıb.

Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti