“Öz futbolumuzu ortaya qoysaq, oradan qalibiyyətlə qayıdacağıq”

26 Sentyabr 03:00 Milli komanda 524
“Öz futbolumuzu ortaya qoysaq, oradan qalibiyyətlə qayıdacağıq”

“Biz qələbə qazandıq. Əlbəttə, vacib oyunlar öncəsi bu, bizim üçün önəmli idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov deyib.

O, yoldaşlıq görüşündə Tacikistan üzərindəki 1:0 hesablı qələbədən danışıb:

“Millətlər Liqasına hazırlaşırıq. Litva ilə bizi səfərdə çətin oyun gözləyir.

Bütün diqqətimizi ora yönəltmişik. Yaxşı motivasiya olmuşuq.

Tacikistanla matçda qələbə də motivasiyamıza kömək olacaq. Ümid edirəm ki, növbəti qalibiyyətimizi Litvada əldə edəcəyik”.

Dadaşov Litva yığması haqqında da fikirlərini bildirib:

“Bu gün bütün komandalar futbol oynamağı bacarır. Hazırda zəif komanda yoxdur.

Litva yığmasının da özünməxsus oyun tərzi var. Biz də futbol oynayırıq. Yoldaşlıq matçı olsa da, Tacikistanla oyunda bunu göstərdik.

Düşünürəm ki, öz futbolumuzu ortaya qoysaq, səfərdən qalibiyyətlə qayıdacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?