Azərbaycanın Tacikistan yığmasına qarşı keçirdiyi yoldaşlıq oyununun statistikası açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin 1:0 hesablı qələbə qazandığı görüş statistik baxımından başabaş mübarizə şəraitində keçib.
Hətta qapıya zərbə sayında rəqib üstün olub. Hər iki qapıçı 3 dəfə komandasını qoldan xilas edib.
Azərbaycan – Tacikistan
Qollar – 1:0
Zərbələr – 10:11
“Çərçivə”yə zərbələr – 3:3
“Çərçivə”yə düşməyən zərbələr – 4:6
Bloklanan zərbələr – 3:2
Qapıçı seyvi – 3:3
Topa sahib olma faizi – 54:46
Ötürmə sayı – 451:403
Dəqiq ötürmə sayı – 394:336
Ötürmələrdə dəqiqlik faizi – 87:83
Künc zərbələri – 4:3
Oyundankənar vəziyyət – 2:1
Sarı vərəqələr – 2:2
Cərimə zərbələri – 17:21
