“Arada çox fərq var”

9 Dekabr 2022 16:00 Səbail 387
“Arada çox fərq var”

"Yaxşı rəqibə qarşı çətin oyuna çıxacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Luvaqa Kizito deyib.

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək. "Sabah" "ASCO Arena"da "Səbail"lə qarşılaşacaq.

Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda bir-birinə rəqib olmayıb.

“Dənizçilər”in uqandalı legioneri “Sabah”ın güclü komanda olduğunu bildirib:

“Onlar Premyer Liqada nadir hallarda xal itirir. Bunlardan biri də son tura təsadüf etdi.

Ancaq bunu xüsusi qeyd etmək istəyirəm ki, liqa ilə kubok oyunları arasında çox fərq var.

Komandamızı kubokda ağır və maraqlı iki oyun gözləyir. Əlimizdən gələnin ən yaxşısını edərək, mərhələ adlamağa çalışacağıq.

Mənim və komanda yoldaşlarımın məqsədi budur. Bütün gücümüzü meydanda sərgiləmək istəyirik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti