İdman direktoru baş məşqçi haqda “donos” topladı

20 Sentyabr 2022 21:00 Səbail 1 043
İdman direktoru baş məşqçi haqda “donos” topladı

Premyer Liqanın son 2 turunda “Zirə” və “Neftçi”yə uduzan “Səbail”də gərginlik yenidən artıb.

Klubun idman direktoru Fərəc Əliyev yaranmış vəziyyətlə bağlı futbolçuların bir qrupu ilə görüş keçirib.

O, komanda üzvlərinin fikirləriylə tanış olub və onlara bəzi suallar verib.

Klubun əsas idarəçisi Mahmud Qurbanov haqda oyunçulardan rəy alıb, baş məşqçinin köməkçilərinin işlərinin öhdəsindən gəlib-gəlməməsi ilə maraqlanıb.

“Dənizçilər” Qurbanovun yardımçılarından narazılığını ifadə edib. Köməkçilərin baş məşqçi ilə futbolçular arasında münasibətlərin yaxınlaşmasına barmaqarası yanaşması qeyd olunub.

Komanda üzvləri lüzum görmədikləri halda, bazada saatlarla artıq vaxt keçirdiklərini, uzun sürən iclardan yorulduqlarını dilə gətiriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti