Rövnəq Abdullayev sözünün arxasında dayandı – "QƏBƏLƏ" ÜÇÜN

4 İyul 2020 22:40 Qəbələ 1 812
Rövnəq Abdullayev sözünün arxasında dayandı –

AFFA-nın «Qəbələ»nin normal fəaliyyət göstərməsinə yardımçı olacağı təsdiqlənib.

Bu, federasiya prezidenti Rönəq Abdullayevin birbşa göstərişindən sonra dəqiqləşib.

O, Premyer Liqada yeganə əyalət təmsilçisi olan «qırmızı-qaralar»ın çıxışını sürdürməsinə biganə qalmayıb və SOCAR-ın büdcəsindət vəsait ayrılmasını tapşırıb.

Gələn həftə tərəflər arasında müzakirələr başlamalıdır. Neft şirkətinin «Qəbələ»yə konkret nə qədər vəsait ayıracağı iyulun 20-dək müəyyənləşməlidir.

Bu, 1 milyon manat da ola bilər, onun yarısı qədər də. Hər halda dəqiq olan budur ki, Abdullyev ölkə kubokunun son sahibinin normal həyatına dönməsinə tərəfdardır və bu yardımın davamlı olmasının lehinədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti