“Neftçi”nin müdafiəçisi “Sportinfo”ya ehtiyatlı danışdı: “Bizə çətin olacaq”

16:00 Neftçi 51
“Neftçi”nin müdafiəçisi “Sportinfo”ya ehtiyatlı danışdı: “Bizə çətin olacaq”

Mövsümə 3 qələbə və 1 məğlubiyyətlə başlayan “Neftçi” çətin sınaq qarşısındadır.

“Ağ-qaralar” 5-ci turda Yevlaxda “İmişli”nin qonağıdır.

Ötən “futbbol ili”ndə bölgə təmsilçisi bakılılara çətin anlar yaşatmışdı. Baş tutan 3 şəxsi görüşün 1-i “Neftçi”nin, digəri “İmişli”nin qələbəsi ilə nəticələnmiş, daha bir qarşılaşmada heç-heçə qeydə alınmışdı.

Bir sözlə, həmin vaxt Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv iddialı rəqibindən 5 xal qoparıb, keçmiş baş məşqçi Samir Abasovun istefa verməsinə səbəbkar olmuşduş.

Təbii ki, “İmişli” bu dəfə də güclü rəqibini büdrətməyə, öz azarkeşlərini sevindirməyə çalışacaq.

“Neftçi”nin və Azərbaycan millisinin müdafiəçisi Rüfət Abbasov önəmli görüşdən əvvəl Sportinfo.az-a açıqlama verib:

“İmişli” ilə səfərdə, həm də süni örtüklü meydanda oynayacağıq. “Sintetika”da mübarizə aparmaq həqiqətən çətindir.

Bizim üçün çətin matç olacaq. Buna baxmayaraq, Yevlaxa qələbə dalınca yollanırıq.

Yaxşı olardı ki, azarkeşlərimiz həmin gün stadionda bizi dəstəkləsinlər. Biz də layiqli oyun və nəticə ilə onları sevindirək”.

Bu gün Yevlax şəhər stadionunda keçiriləcək oyun saat 16:30-da baş tutacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?