Prmyer Liqanın 5-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Həftəsonu baş tutacaq qarşılaşmalarda iki oyunçu iştirak edə bilməyəcək.
Biri “Qarabağ”ın kapitanlarından biri Kadi Borges, digəri “Sumqayıt”ın əsas “sarğı daşıyanı” Səbuhi Abdullazadədir.
Hər ikisi əvvəlki turlarda aldıqları qırmızı vərəqələrin bədəlini ödəməlidir.
Sentyabrın 11-də “İmişli” – “Neftçi”, bir gün sonra “Kəpəz” – “Qəbələ”, “Sumqayıt” – “Şamaxı”, sentyabrın 13-də “Araz-Naxçıvan” – “Turan”, “Zirə” – “Qarabağ”, sentyabrın 14-də “Şəfa” – “Sabah” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
