“Sabah” Çempionlar Liqasına təsadüfən düşməyib” - “Mançester Yunayted”in müdafiəçisi

“Sabah” Çempionlar Liqasına təsadüfən düşməyib” - “Mançester Yunayted”in müdafiəçisi

“Mançester Yunayted”in müdafiəçisi Patrik Dorqu Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Sabah” üzərində 4:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, danimarkalı futbolçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında Azərbaycan təmsilçisinin Çempionlar Liqasına təsadüfən vəsiqə qazanmadığını bildirib:

“Dörd qol vurmaq və qapımızı toxunulmaz saxlamaq – əla axşam oldu. Bu şəkildə qayıtmaq xoşdur.

Yaxşı komanda oyunu göstərdik və İngiltərə çempionatının növbəti turu öncəsi özümüzə inam qazandıq.

Çempionlar Liqasında asan oyun olmur. Hər bir rəqibə son dərəcə ciddi yanaşmaq lazımdır. “Sabah” Çempionlar Liqasına təsadüfən düşməyib. Onların ustalığı görünür.

Oyuna daxil olmaq asan olmadı. Amma ilk qolu vurduqdan sonra vəziyyətə nəzarət etdiyimizi hiss etdik və fasiləyədək daha iki qol vurduq.

Bu da ikinci hissədə oyunu daha rahat nəzarətdə saxlamağımıza imkan verdi”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?