Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkanın karyerasını Azərbaycanda davam etdirəcəyi iddia olunur.
Niderland mətbuatının yazdığına görə, 24 yaşlı hücumçu “Neftçi”yə keçmək üzrədir.
“Əl-Nəsr”dən (Birləşmiş Ərəb Əmirlikləri) ayrılan Mərakeş əsilli sağ vinger hazırda klubsuzdur. Bildirilir ki, “Neftçi” Azarkanla danışıqları davam etdirir.
X əbərdə vurğulanır ki, “ağ-qaralar”ı bu məsələdə arxayınlaşdıran yeganə məqam futbolçuya başqa rəsmi təklifin olmamasıdır.
“Feyenoord”un yetirməsi “Əl-Nəsr”ə 2024-cü ildə “Utrext”dən 1 milyon avroya keçib. .
Saytımızın əldə etdiyi son məlumata görə, bakılılar artıq Marukanın “dəftər“ini bağlayıb. Onun adı mümkün transferlər siyahısından çıxarılıb.
Görüşmələrin həllediciiiiiiiiiiiiii fazaya daxil olmaması maliyyə şərtləri ilə bağlıdır. Belə ki, niderlandlı “Neftçi“dən kifayət qədər yüksək əməkhaqqı tələb edib.
SPORTİNFO.AZ
