"Qəbələ"nin sabiq baş məşqçisi ilə yollarını ayıracaq

21 Mart 2020 21:40 Qəbələ 1 204
"Qəbələ"nin sabiq baş məşqçisi ilə yollarını ayıracaq

"Lokomotiv" mövsümün sonunda baş məşqçi Yuri Syominlə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, 73 yaşlı mütəxəssisin Moskva təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır və klub onunla vidalaşacaq.

Nəşr bildirib ki, Syomini bu postda serbiyalı Marko Nikoliç əvəzləyəcək.

Aleksandr Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də əldə edib.

O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında işlədiyi vaxt isə Syomin çempionluq və Superkubok titullarına sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!