FİFA prezidenti 2 gün qabaq Azərbaycana xəbər göndərib ki…

13:00 Hadisə 139
FİFA prezidenti 2 gün qabaq Azərbaycana xəbər göndərib ki…

FİFA prezidenti Canni İnfantino həftəsonu Azərbaycanda olub.

O, Bakıda Prezident İlham Əliyevlə görüşüb.

Həmçinin ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlanlardan ibarət komandaların dünya çempionatı və festivalı üçün görülən işlərlə tanış olub. Dünya futbol qurumunun rəhbəri Hövsanda 12 hektarlıq ərazidə tikilən 10 mini-stadionun inşasını izləyib.

İnfantionun Azərbaycana səfəri bir göz qırpımında baş tutub, gözlənilməz alınıb. FİFA prezidenti əvvəlcədən AFFA-nı bundan xəbərdar etməyib.

Yalnız 2 gün qabaq yerli felerasiyaya məlumat göndərib ki, belə planı var. Ali qonaq burada gördüklərinə heyran qalıb.

Hövsanda aparılan kompleks tikinti işlərinin keyfiyyətini və miqyasını bəyənib, AFFA-ya təşəkkür eləyib. Bildirib ki, təşlkilat öz üzərinə düşən vəzifəni yüksək səviyyədə və peşəkarlıqla icra etməklədir.

Dünya çempionatı oktyabrın 22-dən 31-dək düzənlənəcək və mundialın oyunları Hövsanda inşa olunan kompleksdə keçiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti