"Bu idman növündə özünəinam vacibdir, qalib olduğuma görə çox sevinirəm”

1 Oktyabr 05:30 Digər növlər 272
"Bu idman növündə özünəinam vacibdir, qalib olduğuma görə çox sevinirəm”

Avarçəkmə idman növündə özünəinam vacibdir.

Sportinfo.az xəbər verir ki, bunu "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibi olan Əlimurad Hacızadə deyib.

O, qarşıdakı planları haqqında danışıb:

"Bu idman növündə özünəinam vacibdir. Qalib olduğuma görə çox sevinirəm. Qarşıdan "Prezident Kuboku" yarışı gəlir. Hazırlaşacağıq və yaxşı nəticə göstərməyə çalışacağıq".

Ə.Hacızadə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqda 1000 metr məsafəyə yarışın qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM