1:1-in əsl dəyəri

09:40 Milli komanda 134
1:1-in əsl dəyəri

Millətlər Liqasının D «qat»ında Kaunasda mübarizə qeydə alınan 1:1-lə qızışıb.

Litvanın baş məşqçisi Edqaras Yankauskas futbolçularının fikirlərinə nisbətən daha ehtiyatlı yanaşıb.

O, Litva ilə Azərbaycanın təxminən eyni səviyyədə iki komanda olduğunu və qrup liderinin məhz Bakıda keçiriləcək oyunda müəyyənləşəcəyini bildirib.

Litva çalışdırıcısı həmçinin komandasının start heyətinin orta yaşının təxminən 24 olduğunu və bunun oyundakı müəyyən dalğalanmaları izah etdiyini deyib.

Azərbaycan üçün isə əsas nəticələrdən biri səfərdə məğlub olmamaqla yanaşı, erkən buraxılan qoldan sonra oyunun psixoloji nəzarətini itirməməkdir.

Komanda 0:1-dən sonra cəmi beş dəqiqəyə hesabı bərabərləşdirdi və bundan sonra qarşılaşmanı yenidən balanslaşdırdı. Ayxan Abbasovun sözlərinə görə,

ikinci hissənin böyük hissəsində komandamız oyuna nəzarət edib, lakin son mərhələdə bəzi epizodlarda tələskənlik hücumların daha keyfiyyətli tamamlanmasına mane olub.

Beləliklə, Kaunasdakı 1:1 Azərbaycan üçün həm müsbət, həm də inkişaf etdirilməli məqamları ortaya çıxaran oyun oldu.

Komanda səfərdə erkən qol buraxmasına baxmayaraq geri qayıtdı, ikinci hissənin müəyyən hissəsində təşəbbüsü ələ aldı və çərçivəyə zərbələrdə üstünlük qazandı.

Digər tərəfdən, Litvanın hava duellərində və fərdi driblinqlərdə üstünlüyü, həmçinin xG baxımından daha yüksək göstəricisi Azərbaycanın üzərində işləməli olduğu məqamları göstərdi.

Qrupdakı növbəti qarşılaşmalar isə bu heç-heçənin əsl dəyərini daha aydın göstərəcək.

Azərbaycan oktyabrın 1-də Bakıda Lixtenşteyni qəbul edəcək, oktyabrın 4-də isə Litva ilə bu dəfə doğma meydanda qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!