21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələn Rəşad Eyubovun baş məşqçisi olduğu komanda 2:5 hesabı ilə uduzub.
Kilmarnok şəhərində baş tutan matçda yığmamızın qollarını Nəriman Axundzadə (21) və Raul Məmmədov (70) vurublar.
Azərbaycan millisi 9 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 14 xalla üçüncü pillədə qərarlaşıb.
30 sentyabr
22:30. Şotlandiya - Azərbaycan 5:2
Baş hakim: Matyas Ştofrinşau (Norveç)
Kilmanrok, BBSP stadionu
Şotlandiya: 1. Liam Manfarleyn, 20. Ceremia Mullen (k), 5. Coşua Finey, 4. Henri Fyeldson, 22. Dilan Lobban, 6. Rayan Karr, 16. Tayler Fletçer, 11. Teylor Stivn, 8. Findli Körtis, 10. Ceyms Uilson, 9. Barnebi Stüart
Baş məşqçi: Entoni Doçerti
Azərbaycan: 12. Sadiq Məmmədzadə, 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov, 20. Ayxan Süleymanlı (k), 5. Emin Rüstəmov, 18. Şahin Şahniyarov, 17. Nihad Əhmədzadə, 13. Sənan Muradlı, 10. Nəriman Axundzadə, 23. Hikmət Cəbrayılzadə, 19. Lorentso Mezzotero
Baş məşqçi: Rəşad Eyyubov

