"Sabah" liqada yeni mövsümə qələbə ilə start verdi

1 Oktyabr 04:20 Basketbol 454
"Sabah" liqada yeni mövsümə qələbə ilə start verdi

Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü start götürüb.

Sportinfo.az xəbər verir ki, açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüş "Sabah"ın 84:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!