"Neftçi"nin legioneri Afrika Millətlər Kubokunda oynadı, qazandılar

1 Oktyabr 03:30 Neftçi 749
"Neftçi"nin legioneri Afrika Millətlər Kubokunda oynadı, qazandılar

"Neftçi"nin yarımmüdafiəçisi Sessi Almeyda Benin yığmasının heyətində Afrika Millətlər Kubokunda növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Benin millisi II turda Mavritaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Sessinin komandasının 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

"Neftçi"nin legioneri bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb. Millinin kapitan sarğısı da ona həvalə edilib.

Benin 2 turdan sonra 4 xalla qrupda liderdir. F qrupunda Benin, Burkina Faso, Mavritaniya və Orta Afrika Cümhuriyyəti mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM