Millimizin hücumçusu Lixtenşteynlə oyuna çıxmayacaq

1 Oktyabr 00:50 Milli komanda 255
Millimizin hücumçusu Lixtenşteynlə oyuna çıxmayacaq

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynlə sabah keçiriləcək oyundan öncə yığmanın heyətindəki zədəli futbolçuların vəziyyətinə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Litva ilə oyundan sonra bir neçə futbolçuda xırda zədələrin olduğunu bildirib:

"Litva ilə oyundan sonra bir neçə futbolçumuzda xırda zədələr oldu. Ümid edirəm ki, bu gün məşqdə hamısı hazır olacaq.

Amma Renat Dadaşovu itirmişik. Məlum oldu ki, bu oyunda bizə kömək edə bilməyəcək.

Digər futbolçularda da kiçik zədələr var. Amma oynaya bilməyəcək qədər ciddi deyil. Hamı meydana çıxmaq istəyir. Bu da bizi sevindirir".

Azərbaycan - Lixtenşteyn matçı oktyabrın 1-də saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri