Avropa çempionatında iştirak edəcək təmsilçilərimiz bəlli oldu

1 Oktyabr 07:10 Atçılıq 342
Avropa çempionatında iştirak edəcək təmsilçilərimiz bəlli oldu

Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Gənclər arasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar. Onlar fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.

İdmançılar artıq sözügedən ölkəyə yollanıblar. Yarış oktyabrın 2-7-si aralığında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO