“Sabahın Ulduzları” Bakı Kubokunda hər iki yaş qrupunda çempionlar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, “Bayıl Arena”da keçirilən final qarşılaşmalarında U-14 yaş qrupunda “Qarabağ” və “Sabah”, U-15-də isə “Neftçi” və “Ulduz” komandaları üz-üzə gəlib.
U-14 finalında “Qarabağ” “Sabah”ı məğlub edərək turnirin qalibi olub.
“Qarabağ” - “Sabah” - 2:0
U-15 finalında “Ulduz” “Neftçi”yə qalib gələrək çempionluq sevinci yaşayıb.
“Neftçi” - “Ulduz” - 1:2
Beləliklə, “Sabahın Ulduzları” turnirində U-14-də “Qarabağ”, U-15-də isə “Ulduz” komandası qızıl medallara yiyələnib.
Final görüşlərindən sonra hər iki yaş qrupunda mükafatlandırma mərasimi keçirilib.
U-14 yaş qrupunda “Ulduz” komandası üçüncü yeri tutub. U-15-də isə “Qarabağ” bürünc medalları qazanıb.


















