"Qarabağ"ın matçında VAR-a baxan yenə Azərbaycanda

09:20 Araşdırma 108
"Qarabağ"ın matçında VAR-a baxan yenə Azərbaycanda

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununu idarə edəcək avstriyalı hakim Kristian-Petru Çokirka daha əvvəl "Qarabağ"ın avrokubokdakı matçında iş başında olub.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı FIFA referisi 2023-cü ildə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən "Hakken" (İsveç) - "Qarabağ" qarşılaşmasında iştirak edib.

O, həmin vaxt görüşün VAR hakimi funksiyasını yerinə yetirib. Sözügedən oyun Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kristian-Petru Çokirka 2019-cu ildən beynəlxalq oyunlara təyinat alır. O, cari mövsüm Avstriya Bundesliqası ilə yanaşı, UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının təsnifat mərhələlərinin qarşılaşmalarında söz sahibi olub.

Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM