AFFA-dan gözlənilməz gediş xəbəri var.
Sentyabrın 15-də Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunan Murad Axundov istefa ərizəsi yazıb.
Təcrübəli media mənsubu öz istəyi ilə bu adlımı atıb. O, bu gün millinin Lixtenşteynlə matçından sonra rəsmən federasiyadakı iş yeriylə vidalaşacaq.
Ötən ayın ortasında qurumda aparılan dəyişikliklər çərçivəsində Media və İctimaiyyətlə əlaqələr şöbəsinə və qurumun mətbuat xidmətinə yeni əməkdaşlar təyin olunub.
Aida Əliyeva AFFA-nın mətbuat katibi, Kənan Səfərəliyev aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsini icra etməyə başlayıb.
SPORTİNFO.AZ
