Azərbaycanda bu millilər “Qalatasaray”ın sabiq baş məşqçisinə tapşırıldı

03:00 Voleybol 65
Azərbaycanda bu millilər “Qalatasaray”ın sabiq baş məşqçisinə tapşırıldı

Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarında baş məşqçisi vəzifəsinə təyinat gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Türkiyəli mütəxəssis Gökhan Edmanla anlaşma əldə olunub.

G.Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət millisi 2011–2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub.

O, həmçinin müxtəlif illərdə Türkiyənin A milli, A2, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və "Spring Cup" turnirində bir neçə dəfə titullar qazanıb.

Klub karyerasında "Eczacıbaşı", "Qalatasaray", "Vakıfbank Güneş Sigorta" və "Sarıyer Belediyespor" komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 1998–1999-cu illər mövsümündə "Eczacıbaşı" ilə Avropa Konfederasiya Kubokunun (CEV Cup) çempionu olub,

1999–2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. "Qalatasaray" klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Edman "Eczacıbaşı" A qadın komandası ilə iki dəfə Türkiyə çempionluğuna yüksəlib.

Marmara Universitetinin məzunu olan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i