“Neftçi” neçəyə satır?

08:50 Neftçi 116
“Neftçi” neçəyə satır?

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-u saat 19:30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır. Qiymətlər aşağıdakı kimidir:

  • Qərb 2 – 2 AZN;
  • Banişevski alt – 3 AZN;
  • VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qiymətlər belədir:

  • Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
  • Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;
  • VIP Gold – 20 AZN .

Stadionumuzun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM