"Tank" ləqəbli Abdullayevin UFC-də növbəti görüşünün vaxtı açıqlandı

1 Oktyabr 08:10 Digər növlər 310
"Tank" ləqəbli Abdullayevin UFC-də növbəti görüşünün vaxtı açıqlandı

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayevin UFC turnirində növbəti görüşünün vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı idmançı noyabrın 21-də "UFC Qatar" turnirində gücünü sınayacaq.

"Tank" ləqəbli təmsilçimizin rəqibi avstraliyalı Ceyk Matyus olacaq.

UFC-də bu ilin iyununda Bakıda keçirilən "UFC Fight Night" yarışında debüt edən Abdullayev braziliyalı Ceferson Nasimentoya 3-cü raundda nokautla (TKO) qalib gəlib.

O, MMA karyerasında 23 döyüşün 11-i nokautla olmaqla 20-də qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM