Azərbaycan millisinin xarici yeni baş məşqçisindən AÇIQLAMA

07:50 Basketbol 133
Azərbaycan millisinin xarici yeni baş məşqçisindən AÇIQLAMA

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunan İoannis Diamantakos əsas məqsədlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətinə açıqlama verib.

ABF yunanıstanlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. O, təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan Basketbol Federasiyasına qoşulmaq mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Mənə göstərilən etimada görə federasiyaya və onun rəhbərliyinə minnətdaram.

Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə yığmalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm.

Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM