Bakıya gətirilməyəcək

01:10 Milli komanda 110
Bakıya gətirilməyəcək

UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək cavab oyunu öncəsi Litva yığması daha bir itki ilə üzləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, qapıçı Edvinas Gertmonas heyətdən çıxarılıb. Buna səbəb 30 yaşlı qolkiperin zədədən əziyyət çəkməsidir.

Bu üzdən komandalar arasında Kaunasda baş tutan matçda (1:1) meydana çıxa bilməyən Gertmonas Bakıya gətirilməyəcək.

Onun əvəzinə yerli “Hegelmann” klubunun qapıçısı Lukas Paukşte milliyə dəvət edilib. 28 yaşlı qolkiper əvvəllər də bir neçə dəfə yığmaya çağırılmasına baxmayaraq, hələ debüt etməyib.

Azərbaycan və Litva milliləri arasında oyun oktyabrın 4-də “Palms Sports Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i