Millinin formasını geyinir, basqa yerdə işləyir və təhsil alırlar

15:00 Milli komanda 206
Millinin formasını geyinir, basqa yerdə işləyir və təhsil alırlar

Azərbaycan bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

D Liqasının 2-ci qrupunda yer alan komandamız ikinci turda Lixtenşteynlə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub.

Ayxan Abbasovun əsas diqqət çəkdiyi məqamlardan biri qısa müddətdə keçirilən oyunların futbolçuların hazırlığına təsiridir.

Baş məşqçi bildirib ki, milli səviyyəsində ilk dəfə belə qısa müddətdə ardıcıl dörd oyunluq proqramla üzləşirlər. Buna görə heyətin geniş saxlanılması və rotasiyaların aparılması planlaşdırılıb.

Litva oyunundan sonra isə Abbasov komandanın qarşılaşmada yaxşı mübarizə apardığını qeyd edib. Millinin növbəti hədəfi artıq Lixtenşteynə qarşı ilk qələbəni qazanmaq və qrupdakı mövqeyini yaxşılaşdırmaqdır.

Lixtenşteyndə Azərbaycan haqqında nə düşünürlər?

“Cırtdanlar”ın baş məşqçisi Konrad Fünfstüx Azərbaycanı fiziki cəhətdən güclü və yaxşı təşkilatlanmış komanda kimi qiymətləndirib. Həm Azərbaycanı, həm də Litvanı fiziki baxımdan güclü və təşkilatlanmış rəqiblər kimi xarakterizə edib.

Lixtenşteyn mətbuatında da bu ıəfərin komanda üçün ciddi sınaq olduğu vurğulanır. Xüsusilə komandadakı qeyri-adi vəziyyət diqqət çəkir: oyunçuların bir qismi peşəkar futbolla yanaşı, işləyir və ya təhsil alır.

Bu səbəbdən heyətin bütün oyunlarda tam komplekt olması çətinlik yaradır.

Üstəlik, Lixtenşteyn üçün bu milli pəncərə olduqca sıxdır. Komanda 12 gün ərzində Litva, Malta, Azərbaycan və Cəbəllütariqlə qarşılaşır.

Bu proqramın özü həm fiziki, həm də logistika baxımından ciddi yük yaradır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti