“Mançester Siti”nin apellyasiya şikayəti vermək üçün son tarix

00:00 İngiltərə 99
“Mançester Siti”nin apellyasiya şikayəti vermək üçün son tarix

“Mançester Siti” rəhbərliyi maliyyə pozuntuları ilə bağlı işdə günahsızlığını sübut edə biləcəyinə hələ də əmindir.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn “The Athletic” nəşrinin podkastında danışıb.

Jurnalistin sözlərinə görə, belə bir iş üzrə presedent yoxdur və araşdırmanın yekun nəticəsinin necə olacağını heç kim dəqiq bilmir.

“Mançester Siti”nin apellyasiya şikayəti vermək üçün son tarixi oktyabrın 2-sidir. Daha əvvəl müstəqil komissiya “Mançester Siti”ni irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli bilib.

Klubun hansı cəza ilə üzləşəcəyi hələ müəyyənləşməyib. Müxtəlif versiyalara görə, “şəhərlilər” xaldan məhrum edilməkdən tutmuş, Premyer Liqadan kənarlaşdırılmağa qədər, müxtəlif sanksiyalarla üzləşə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i