Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Qəbələ” yoxlama matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” I Liqa təmsilçisi “Karvan-Yevlax”la üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
“Qəbələ” Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 10-da səfərdə “Sumqayıt”la üz-üzə gələcək.
