“Sabah”ın hücumçusu millidə yenə diqqət mərkəzinə düşdü

1 Oktyabr 03:10 Sabah 898
“Sabah”ın hücumçusu millidə yenə diqqət mərkəzinə düşdü

“Sabah”ın hücumçusu Coy-Lens Mikels Ruanda yığmasında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, onun komandası Afrika Millətlər Kubokunun 2-ci turunda Kabo Verde ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Mikels bu görüşdə start heyətdə meydana çıxıb. O, 52-ci dəqiqədə komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub. Hücumçu 90+3-də əvəzlənib.

“Zirə”də çıxış edən Ange Mutsinzi də Ruanda millisində start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Coy-Lens Mikels bir neçə gün əvvəl Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı oyunda Ruanda millisində debüt edib və 1 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM