Nərimanı bu qoldan ötrü 10 ay gözlədik - Şotlandiyadan VİDEO

12:40 Hadisə 115
Nərimanı bu qoldan ötrü 10 ay gözlədik - Şotlandiyadan VİDEO

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub.

Sportinfo.az xəbər verir ki, o, ötən gün u-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib.

Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib.

Nəriman Axundzadə sonuncu dəfə 2025-ci ilin dekabrında Misli Premyer Liqası çərçivəsində “Araz-Naxçıvan”la matçda fərqlənmişdi.

Həmin vaxt “Qarabağ”ın heyətində çıxış edən futbolçu 5:1 qalib gəldikləri matçda rəqib qapısına yol tapmışdı.

U-21 milli komandamız Avropa çempionatının seçmə mərhələsində Şotlandiyaya 2:5 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti