“Qəbələ”nin məşqçilər korpusuna daha iki yeni mütəxəssis cəlb olunub.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Jeton Bekiriyə köməkçi məşqçi Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.
Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.
