Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən "Gəncə" qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək.
Sportinfo.az xəbər verir ki, qərb təmsilçisi turnirin qrup mərhələsində 5 ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək.
Ən müasir standartlara cavab verən idman qurğusunda təşkil olunacaq qarşılaşmalar Gəncə basketbolunun beynəlxalq arenada təmsilçiliyi baxımından əlamətdar hadisə olacaq.
FIBA Avropa Kubokunun C qrupunda yer alan "Gəncə" "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan), "Kolossos" (Yunanıstan) və "Esenler Erokspor"la (Türkiyə) üz-üzə gələcək.
