“Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını “Real”da davam etdirmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
27 yaşlı futbolçu “Arsenal”dan ayrılaraq Madrid klubuna keçmək istəyir. Subimendinin agentlərindən transfer prosesini sürətləndirmələrini xahiş etdiyi bildirilir.
“Arsenal” artıq “Real”a öz tələblərini çatdırıb. Həmin şərtlər yerinə yetiriləcəyi təqdirdə, transferin baş tutacağı qeyd olunur.
London klubu Subimendini 2025-ci ildə “Real Sosyedad”dan 70 milyon avroya transfer edib.
İspaniyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.
“Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
