“Çox dərinə getmək istəmirəm” - Gedib, yoxsa göndərilib?

23:20 I Divizion 119
“Çox dərinə getmək istəmirəm” - Gedib, yoxsa göndərilib?

I Liqada mübarizə aparan “Xankəndi”də baş məşqçi dəyişikliyi yaşanıb.

Mövsümün ilk 3 oyununda 2 məğlubiyyət acısı yaşayıb, 1 heç-heçə edən komanda baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.Nəticədə baş məşqçi ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Hacıyevlə əlaqə saxlayıb ona “Niyə istefa verdiniz? Niyə klubdan ayrıldınız?” sualını ünvanladıq.

Zaur bəy Sportinfo.az-a açıqlamasında detallara varmaq istəmədiyimi söyləyib, ayrılıq qərarının hər iki tərəf üçün faydalı olduğu qənaətinə gəldiyini bildirdi:

“Ümumiyyətlə, bu məsələdə çox dərinə getmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, hər iki tərəf üçün uğurlu qərar olduğu qənaətinə gəldik və ayrıldıq.

Mənim tərəfimdən də bu məsələləri daha dərindən araşdırmaq, qurcalamaq etik baxımdan düzgün olmaz. Ona görə bir-iki kəlmə ilə desəm, hər ikimiz üçün faydalı qərar olduğu qənaətinə gəldik.

Bundan başqa isə heç nə deyə bilmərəm. “Xankəndi”yə uğurlar arzu edirəm.

Özümə gəlincə, təkliflər var, hazırda onlarən üzərində işləyirəm”.

Zaur Havıyevi baş məşqçi postunda Röyal Nəcəfovun əvəz etdiyini maraq üçün xatırladaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i