“Neftçi“ 5 yeni gənc futbolçunu düşərgəsiən qatıb.
Onların hamısı əcnəbidir.
Qvineyadan olan Abubakar Kamano və Diallo Cibu, seneqallılar Adama Diarra və Sissoko Salumu, həmçinin qambiyalı Albert Qomezdir.
Onların hər biri ilə satınalma hüququ “Neftçi”yə məxsus olmaqla mövsümün sonunadək icarə müqaviləsi bağlanıb.
Afrikalılar ilkin mərhələdə “ağ-qaralar“ın əvəzedici heyətində forma geyinəcək. Bu müddətdə rəhbərliyin və məşqçilərin diqqət mərkəzində olacaqlar.
Barələrində müsbət rəy verilərsə, kiçik təzminat qarşılığında birdəfəlik transfer ediləcəklər. Belədə uzunmüddətli müqavilələr imzalanacaq, əsas komandanın məşq prosesinə cəlb olunacaqlar.
Bakılılar adıçəkilən cavanları sonradan başşqa bir yerə satarsa, qazanacağı vəsaitin 20 faizini onları aldığı klubun/akademiyasının hesabına köçürəcək.
SPORTİNFO.AZ
