“Real”ın maraq dairəsinə düşdü - Premyer Liqada çıxış edən

01:30 İspaniya 56
“Real”ın maraq dairəsinə düşdü - Premyer Liqada çıxış edən

“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott “Real”ın maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu 23 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Skottun transfer qiyməti təxminən 50 milyon avro dəyərləndirilir.

İngiltərəli oyunçunun “Bornmut”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Daha əvvəl “Çelsi”, “Mançester Yunayted”, “Liverpul” və “Arsenal”ın da Skottla maraqlandığı barədə məlumatlar yayılıb.

Aleks Skott bu mövsüm İngiltərə Premyer Liqasında 5 oyuna çıxıb, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i