Komandamız Avropa çempionatında bu heyətlə mübarizə aparacaq - ADLAR

04:10 Boks 54
Komandamız Avropa çempionatında bu heyətlə mübarizə aparacaq - ADLAR

Oktyabrın 3-də Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı start götürəcək.

Sportinfo.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Azərbaycan Boks Federasiyasının yadığ məlumata görə, məşqçilər heyəti yarışda Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə Muradlı (57 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq), Xumar Cəfərli (+80 kq), Həsrət Məmmədov (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məmmədli (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Əli Abaslı (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) güvənəcək.

Avropa çempionatında Anar Nağdıyev və Qalib Əbiyev isə ölkəmizi hakim kimi təmsil edəcəklər.

Yarışda 40 ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir. Budvaya oktyabrın 1-də yollanacaq boksçularımız ayın 12-də Bakıya qayıdacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”