"Belə davam etsəydik, yaxşı nəticələr gələcəkdi"

21:00 Premyerliqa 77
"Belə davam etsəydik, yaxşı nəticələr gələcəkdi"

Azərbaycan Premyer Liqasında təxminən üç həftəlik fasilə yaranıb. Buna səbəb Azərbaycan milli komandasının həm yoxlama, həm də rəsmi oyunlarının olmasıdır.

Belə fasilələr klublara fərqli təsir göstərə bilir.

Bəzən yaxşı formada olan komandalar fasilədən sonra eniş yaşayır, bəzən isə uğursuzluqla üzləşən kollektivlər bu müddətdən düzgün istifadə edərək daha yaxşı vəziyyətdə geri dönməyi bacarırlar.

Bu baxımdan fasilənin “İmişli”yə necə təsir edəcəyi maraq doğurur. Arxada qalan 6 turda bölgə klubunun nəticələri o qədər də uğurlu olmayıb.

Komanda 6 oyunda cəmi 1 qələbə qazanıb. Fasilədən sonra “İmişli”nin daha yaxşı nəticələr göstərməsi mümkün olacaqmı?

Komandanın təcrübəli futbolçularından olan Bəxtiyar Həsənəlizadə Sportinfo.az-a açıqlamasında bu suala belə cavab verib:

Bu, hazırlıqdan asılı olacaq. Əgər fasilədən yaxşı istifadə edib oyunumuzu daha da inkişaf etdirə bilsək, uğurlu hesab etmək olar.

Amma düşünürəm ki, oyunumuzu tədricən tuturduq. Belə davam etsəydik, yaxşı nəticələr gələcəkdi.

Fasilədə yoxlama görüşləri olacaq. Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti