“Bəlkə qismət olar, mən də millidə qol vuraram”

14:20 Milli komanda 174
“Bəlkə qismət olar, mən də millidə qol vuraram”

“Kimin qol vurması, kimin oynaması bizim üçün önəmli deyil”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin vingeri Vüsal İsgəndərli deyib.

30 yaşlı yarımmüdafiəçi komanda daxilində kimin qol vurmasının və kimin meydana çıxmasının önəmli olmadığını söyləyib. O, baş məşqçinin ona göstərdiyi etimaddan danışaraq əsas heyətdə yer almaq üçün əlindən gələni edəcəyini vurğulayıb:

“Mahir Litvada qol vurdu, sabah inşallah, bəlkə də qismət olar, mən vuraram .Mən də əlimdən gələni edirəm.

Baş məşqçimiz sağ olsun, mənə güvənib bura çağırması da mənim üçün böyük məsələdir. Əlimdən gələni edib, oyun vaxtımı artırmaq və əsas heyətə düşmək istəyirəm.

Amma bu, həm məndən asılıdır, həm də baş məşqçinin şəxsi fikirləri var. Bizə neçə dəqiqə oynamaq şansı verilirsə, əlimizdən gələni artıqlaması ilə etməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti