UEFA Millətlər Liqasında bu gün Bakıda Lixtenşteyn ilə üz-üzə gələcək Azərbaycan millisinin heyətində dəyişikliklər var.
Sportinfo.az xəbər verir ki, milliyə cəlb edilən 30 futbolçudan 7-nin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Bunlar Renat Dadaşov, Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə və Fərid Yusiflidir.
Onlardan yalnız Renat Dadaşov zədə səbəbindən heyətdə yoxdur. Digərləri isə sırf baş məşqçi Ayxan Abbasovun qərarına görə 23-lüyə düşməyib.
Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn görüşü saat 20:00-da start götürəcək.
Azərbaycan millisinin Lixtenşteynlə oyun üçün "23-lüy"ü belədir
Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)
Müdafiəçilər: Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Elvin Bədəlov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)
Yarımmüdafiəçilər: Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev ("Kişvarda", Macarıstan),
Hücumçular: Vüsal İsgəndərli (“Malisheva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa)
