Cənubi Afrika millisinin əfsanəvi futbolçusu Aaron Mokoena “Sabah”da çıxış edən müdafiəçi Eyden Makkartinin tezliklə yığmada özünə yer tapacağına inanır.
Sportinfo.az xəbər verir ki, mütəxəssis 22 yaşlı mərkəz müdafiəçisinin inkişafda olduğunu açıqlayıb.
Onun fikrincə, millinin baş məşqçisi Pitso Mosimane hazırkı toplanışa Makkartini dəvət etməsə də, onun yüksəlişinə çox biganə qala bilməyəcək:
“Makkartinin U-23 yığmasında oynaması inkişafı baxımından çox yaxşıdır. Mən onun gələcəyini parlaq görürəm.
Hazırda yüksək səviyyədə inkişafdadır. Artıq onu gənc adlandırmazdım.
Əminəm ki, Eyden hazırda istənilən liqada, istənilən klubda oynaya bilər. Ölkədən ayrılıb Azərbaycanda oynaması yaxşı haldır.
Millinin inkişafı üçün ən yaxşı futbolçularla rəqabət aparacaq daha çox oyunçuya ehtiyacımız var. Eydenin də qarşısında böyük imkanlar açılır. Xaricdə yaxşı çıxış etsə, əminəm ki, millidə oynamaq şansı qazanacaq”.
Eyden Makkarti “Sabah”a bu yay ölkəsinin “Kayzer Çifs” klubundan keçib.
Mokoena “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsində yer almasını Makkarti üçün böyük şans hesab edir:
“Düşünürəm ki, bu, Cənubi Afrika futbolu üçün də yaxşı haldır. “Old Trafford”da meydana çıxmaq az iş deyil.
Belə bir gəncin İngiltərə Premyer Liqasının nəhənginə qarşı səfərdə oynamağın necə olduğunu hiss etməsi çox yaxşıdır.
Nəticənin əhəmiyyəti yoxdur. Sadəcə orada olmaq onun üçün şəxsən böyük hadisədir. Mən Makkartini Cənubi Afrikanın yetişdirdiyi istedad kimi qəbul edirəm”.

