Oktyabrın 3-də Bakıda futbolsevərləri maraqlı qarşılaşma gözləyir.
Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz” “Fənərbağça”nı qəbul edəcək.
Görüş 1994-cü ilin avqust ayında komandalar arasında keçirilmiş UEFA Kuboku oyunlarına ehtiram əlaməti olaraq təşkil olunub. Hər iki dueldə “sarı-lacivərdlər” qələbə qazanıb – 2:0, 5:0.
Sportinfo.az-ın əldə etdiyi məlumata görə, artıq matçın baş hakimi də müəyyənləşib. Qarşılaşmanın idarəçiliyi Rəvan Həmidzadəyə həvalə olunub.
AFFA Hakimlər Komitəsi bu yoldaşlıq görüşünə ədaləti məhz təcrübəli Həmidzadəyə tapşırmağı məqsədəuyğun sayıb.
Baş hakimin köməkçilərinin kimlər olacağı isə hələlik dəqiqləşdirilməyib.
Maraq üçün bildirək ki, qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ
