Messinin millidə vida matçı bu tarixdə olacaq

1 Oktyabr 15:40 Dünya futbolu 324
Messinin millidə vida matçı bu tarixdə olacaq

Argentina komandasının baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin yığmaya qoşulma vaxtı və gözlənilən vida oyunu barədə danışıb.

Sportinfo.az “Diario Ole” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messinin komandaya nə vaxt qoşulacağını açıqlayıb:

“Messi həftənin sonunda, Burkina-Faso ilə yoldaşlıq matçından sonra ölkəyə gələcək. Hərçənd, oktyabrın 3-də oynamaq istəsə, bunu edə bilər”, – deyə Skaloni bildirib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatının gümüş mükafatçısı olan Argentina yığması yaxın günlərdə üç yoldaşlıq görüşü keçirəcək:

“Albiseleste” Boliviya (30 sentyabr), Burkina-Faso (3 oktyabr) və Benin (6 oktyabr) seçmələri ilə üz-üzə gələcək.

Diqqətçəkən məqam odur ki, oktyabrın 6-da keçiriləcək Beninlə qarşılaşma Lionel Messinin Argentina milli komandasının formasında son çıxışı olacaq.

Əfsanəvi futbolçunun məhz öz vida matçında komandanı kapitan sarğısı ilə meydana çıxaracağı gözlənilir.

Lionel Messi Argentina milli komandası ilə ümumilikdə 207 oyuna çıxıb və 125 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM