Nəriman hesabı açdı, şotlandlar komandamızı “qol yağışı”na qərq elədi - VİDEO

02:30 Milli komanda 103
Nəriman hesabı açdı, şotlandlar komandamızı “qol yağışı”na qərq elədi - VİDEO

Azərbaycanın U-21 yığması 2027-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B qrupunda mübarizə aparan Rəşad Əyyubovun komandası doqquzuncu turda səfərdə Şotlandiya ilə qarşılaşıb.

Kilmarnokda keçirilən görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı Azərbaycan millisi açıb. 21-ci dəqiqədə Nəriman Axundzadə fərqlənərək komandasını önə keçirib. Şotlandiya cəmi üç dəqiqə sonra cavab verib.

Barnabi Stüart 24-cü dəqiqədə hesabı bərabərləşdirib, 26-cı dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurub. Daha sonra Ceyms Uilson fərqlənərək ilk hissənin yekun hesabını müəyyənləşdirib - 3:1.

İkinci hissədə Tayler Fletçer 4-cü qolu vuraraq meydan sahiblərinin üstünlüyünü artırıb. 70-ci dəqiqədə Raul Məmmədov Azərbaycan millisinin ikinci qoluna imza atıb.

Lakin görüşün sonlarında Şotlandiya daha bir dəfə fərqlənib. 81-ci dəqiqədə əvəzlənərək meydana daxil olan Bobbi Uaylz matçın son nöqtəsini qoyub - 5:2.

Bu nəticədən sonra Azərbaycan doqquz turdan yeddi xalla qrupda beşinci pillədə qərarlaşıb. Şotlandiya isə xallarını 14-ə çatdıraraq Bolqarıstana çatıb.

Azərbaycan U-21 millisi seçmə mərhələdə son oyununu oktyabrın 6-da keçirəcək. Komandamız həmin görüşdə Cəbəllütariqi qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i