Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək “Sabah”ın arenaya köçəcəyi tarix bəlli olub.
Klub prezidenti Maqsud Adıgözəlovun teleqraf-a verdiyi məlumata görə, komanda oktyabrın 5-dən sonra məşqlərini yenilənmiş stadionda keçirəcək.
M.Adıgözəlov bildirib ki, UEFA tərəfindən stadiona baxış keçirən nümayəndə heyəti heç bir problem aşkarlamayıb və oyunların BOS-da keçirilməsi təsdiqlənib:
"Heç bir problem yoxdur. UEFA stadionu qəbul edib və burada Çempionlar Liqası oyunlarımızın keçirilməsi təsdiqlənib.
Biz nəzərdə tutduğumuz planı UEFA-ya təqdim etmişdik. Hazırda meydançanın ot örtüyü qoyulub. Ona uyğun olaraq qulluq işləri aparılır.
Sadəcə, meydançanın özünə gəlməsi üçün bir qədər vaxt lazımdır. Nəzərdə tutduğumuz qrafikə əsasən, komanda oktyabrın 5-dən sonra burada məşq edəcək”.
“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində Bakıdakı ilk oyununu oktyabrın 13-də Çexiyanın “Slaviya” klubunu qəbul edəcək. Görüş Bakı vaxtilə saat 20:45-də start götürəcək.
