"Mingəçevir Reqatası-2026"nın ikinci gününü 7 medalla başa vurduq

04:40 Digər növlər 64
"Mingəçevir Reqatası-2026"nın ikinci gününü 7 medalla başa vurduq

Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci gününü 7 medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) birinci olub.

500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) də 1-ci yeri tutub. Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.

Elmir Tarverdiyev - Mustafa Vəlizadə (2010-2011) cütlüyü isə 1000 metr məsafəyə 2 nəfərlik kayak yarışında gümüş medal əldə edib. 1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.

Akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıqda isə Məhəmməd Həsənov - İlyas İbrahimov cütlüyü üçüncü yeri tutub. Bu növdə 1000 metr məsafəyə 1 nəfərlik qayıqda isə Əlimurad Hacızadə (2008-2009) çempion olub.

Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar.

200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu